Azedu.az

Elmi seminar: Demoqrafiya, səhiyyə, elm, təhsil, yoxsulluq, İKT

Universitetlər

Maraqlı

21 Oktyabr 2020, 17:36
Elmi seminar: Demoqrafiya, səhiyyə, elm, təhsil, yoxsulluq, İKT

Oktyabrın 21-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycanın və Ermənistanın iqtisadi inkişaf göstəricilərinin müqayisəsinə dair növbəti elmi seminar keçirilib.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, seminarda iqtisad üzrə fəlsəfə doktoru Rəşad Hüseynov “Demoqrafiya, səhiyyə, elm, təhsil, yoxsulluq, İKT” mövzusunda məruzə edib.

 

Xatırladaq ki, oktyabrın 16-dan start verilən elmi seminarlarda hər iki ölkənin makroiqtisadi, eləcə də enerji, nəqliyyat, səhiyyə, elm, təhsil, İKT, kənd təsərrüfatı, turizm və digər sahələrdəki inkişaf göstəriciləri müqayisəli təhlil edilir. Həmçinin Azərbaycan və Ermənistanın iqtisadi inkişafının beynəlxalq reytinqlərdəki mövqeyi müzakirə olunur.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox