27 illik həsrətdən sonra Zəngilan rayonu 20 oktyabr 2020-ci ildə düşmən tapdağından azad edildi.
AzEdu.az Zəngilan rayonunun təhsil statistikasını təqdim edir:
1992-1993-cü tədris ili üzrə Zəngilan rayonunda 67 məktəb fəaliyyət göstərib. Həmin tədris ilində müəllimlərin sayı 946, şagirdlərin sayı isə 5948 olub.
2020-2021-ci tədris ili üzrə rayon ərazisində 33 məktəb fəaliyyət göstərib. Bu tədris ili müddətində müəllimlərin sayı 609, şagirdlərin sayı isə 5741 təşkil edib.