Azedu.az

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqəyə qeydiyyat başa çatır    

21 Oktyabr 2020, 10:21
Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqəyə qeydiyyat başa çatır    

 

Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat başa çatır.

 

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, qeydiyyat prosesi bu gün saat 23:59-dək davam edəcək.

 

Dövlət İmtahan Mərkəzi tərəfindən 23 oktyabr 2020-ci il tarixində inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

 

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı 21 oktyabr saat 23:50-dək aparılacaq.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox