Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb.
AzEdu.az xəbər verir ki, parlamentin növbəti plenar iclası oktyabrın 20-də keçiriləcək.
İclasın gündəliyinə 5 məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
- Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun çıxışı.
- “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
- “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
- “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
- “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).