“Məktəblərdə tətil elan edilib. Noyabrda olan tətilin vaxtı 1 həftəlik dəyişildi. Bu müddətdə bu və ya başqa formada tədris aparılmır. Şagirdlər arasında yoluxma kütləvi olmayıb.
Sadəcə onlar evdə valideynləri və cəmiyyətdə başqa insanlarla ünsiyyətdə olurlar. Bu səbəbdən 2 həftə olacaq dəyişiklikləri gözləmək lazımdır”.
AzEdu.az-ın məlumatına görə, bu fikirləri Emin Əmrullayev mətbuat konfransı zamanı bildirib. O, distant təhsildə yaranmış internet probleminin həlli üçün aidiyyəti qurumlarla danışıqlar getdiyini vurğuladı:
“İnternet problemi ilə bağlı aidiyyəti qurumlarla danışıqlar aparılır. Oktyabrın sonunda geniş məlumat veriləcək. Tədrisi vahidləşdirməyə qaytarmaq üçün bu tətildən istifadə edilə bilər”.