Azedu.az

Sabah şagirdlərin elektron yerdəyişməsinə yenidən başlanılacaq  

Məktəblər

14 Oktyabr 2020, 13:08
Sabah şagirdlərin elektron yerdəyişməsinə yenidən başlanılacaq  

Sabah saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdiriləcək.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalında qeydiyyatdan keçmək lazımdır.

 

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında məsafənin azaldılmasına, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.

 

Xatırladaq ki, sentyabrın 11-dən şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalında siniflərin komplektləşdirilməsinin təmin edilməsi səbəbindən sorğuların qəbulu müvəqqəti dayandırılıb.

 

Erməni hərbçi əsgərlərimizə qarşı, görün, nə edir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox