Azedu.az

Alimlər futbol üzrə dünya çempionatının qalibini əvvəlcədən müəyyən ediblər -Deputat açıqladı

Maraqlı

16 İyun 2018, 12:24
Alimlər futbol üzrə dünya çempionatının qalibini əvvəlcədən müəyyən ediblər -Deputat açıqladı

“Neyron şəbəkəsi Rusiyada keçirilən futbol üzrə dünya çempionatının qalibini qabaqcadan müəyyən edib”

Bu sözləri AzEdu.az-a açıqlamasında deputat Tahir Mirkişili deyib. Onun sözlərinə görə, şəbəkəyə görə qalibin kimliyi artıq məlumdur:

“Dortmund Texniki Universitetinin riyaziyyatçıları və proqrammistləri Rusiyada keçirilən futbol üzrə dünya çempionatının nəticələrini qabaqcadan söyləyə bilən neyron şəbəkəsi yaradıblar. Hesablama alqoritmi üçün sistem yığma komandaların son 12 ildəki oyunlarının göstəricilərindən istifadə edib. Neyron şəbəkəsinin hesablamalarına görə, mundialın builki qalibi böyük ehtimalla Almaniya olacaq”.

Qeyd edək ki, Rusiyada keçirilən futbol üzrə dünya çempionatı 13 iyundan etibarən start götürüb.

İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU
Son xəbərlərDaha çox