Azedu.az

Şagirdlərin diqqətinə! –İsti havada dərs oxumaq qiymətinizə təsir göstərir

Məktəblər

16 İyun 2018, 09:03
Şagirdlərin diqqətinə! –İsti havada dərs oxumaq qiymətinizə təsir göstərir

Harvard və Kaliforniya universitetlərinin 10 milyon şagird arasında apardığı araşdırmaya görə, isti hava məktəblilərin qiymətlərinə  təsirsiz ötüşmür.   

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırma soyuq havada dərs oxuyan və  imtahan verən şagirdlərin daha yüksək nəticə qazandığını ortaya çıxarıb.  21 dərəcədən yüksək tempuraturun dərs oxumağı və ev tapşırıqlarını yerinə yetirməyi çətinləşdirdiyi və şagirdlərin uğur göstəricilərini aşağı saldığı aşkar olunub.

Məsələnin həlli kimi məktəblərdə, imtahan binalarında və evlərdə kondisionerdən istifadə olunması təklifi irəli sürülüb.

İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU
Son xəbərlərDaha çox