Kanadanın Ontario əyalətində yerləşən orta məktəbdə, 2017-2018 tədris ili üçün nəşr edilən “Qaydalar”a bir sıra əlavələr edilib.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, əlavəyə görə, məktəb həyətində uşaqların təpiy atması, atılıb-düşməsi qadağan edilib.
Məktəbin direktoru M.T. Davidson bu qaydanın tətbiqinin heç bir ciddi səbəbə dayanmadığını, lakin ehtiyat üçün əlavə edildiyini qeyd edib.
Onun sözlərinə görə, bu tip hərəkətlər beyin zədələrinə, boyun və bilək ağrılarına səbəb ola bilər.
Kanadada uşaqların Perende atmalarını qadağan edən başqa bir məktəbin olub-olmadığı bilinmir, ancaq İngiltərə və Avstraliyadakı bəzi məktəblər bu hərəkətə icazə vermir.
Qeyd edək ki, bir müddət əvvəl başına zərbə ilə top dəyən bir valideynin beyin qanaması keçirməsindən sonra Torontoda bir məktəbdə - həyətdə, binada, məktəbətrafında top oynamasının qadağan edilməsi xəbəri geniş müzakirə olunmuşdu. Amerikadakı bir neçə məktəbdə də futbol, beysbol və xokkey toplarının istifadəsi qadağandır.