Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başa çatıb.
AzEdu.az DİM-ə istinadən xəbər verir ki, İxtisas seçimi etmək hüququ olan 460 namizəddən 456 nəfəri (Azərbaycan bölməsi - 424; rus bölməsi – 32) öz ərizəsini təsdiqləyib.
Müsabiqənin nəticələri sentyabrın 28-də elan olunacaq.