Azedu.az

Rezidenturaya ixtisas seçimi başladı  

Universitetlər

Rezidentura

21 Sentyabr 2020, 09:35
Rezidenturaya ixtisas seçimi başladı  

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlayıb.

 

AzEdu.az-ın məlumatına görə, sentyabrın 21-dən başlayan ixtisas seçimi sentyabrın 25-dək aparılacaq.

 

Qeyd edək ki, DİM sentyabrın 18-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib. İmtahanda iştirakı gözlənilən 601 namizəddən 1 nəfər imtahana gəlməyib. Namizədlərdən 459 nəfər müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50 və daha yuxarı) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.

 

Ermənistan ordusu döyüş mövqelərində minaatanlar yerləşdirib
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox