Azedu.az

Kolleclərə qəbul olunanların 20 faizi qeydiyyatdan keçdi  

Kolleclər

Maraqlı

19 Sentyabr 2020, 13:18
Kolleclərə qəbul olunanların 20 faizi qeydiyyatdan keçdi  

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi başa çatıb.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, ixtisas seçimində 10 min 958 (Azərbaycan bölməsi -10 min 745, rus bölməsi -213) abituriyent iştirak edib.

 

Müsabiqənin nəticələri elan olunub və mərkəzin saytında yerləşdirilib.

 

Xatırladaq ki, bu il qəbul planı 9 min 885 yer olub. Müsabiqənin nəticələrinə əsasən, 9 min 310 abituriyent (qəbulolma faizi 94.16-dır) kollecə qəbul olub. Bunlardan 7 min 771 nəfər xüsusi qabiliyyət tələb etməyən ixtisaslar, 1539 nəfər isə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qəbul olunub.

 

Qəbul olunanların siyahısı sentyabrın 16-da “Abituriyent” jurnalının 5-ci nömrəsində dərc olunub. Jurnalda abituriyentlərin siyahısı ilə yanaşı, ixtisaslar üzrə formalaşmış keçid balları və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

 

Nəzərinizə çatdırırıq ki, qəbul olunanlar sentyabrın 25-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Sentyabrın 19-u saat 10.00-a olan məlumata əsasən, qəbul olunanların 20 faizi qeydiyyatdan keçib.

 

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox