Ali məktəblərə qəbul imtahanında bir çox abituriyent istədiyi balı toplayıb, ixtisas seçimində iştirak etsə də, bəzi abituriyentlər imtahanda istədikləri nəticəni əldə edə bilmədilər.
Yenidən qəbul imtahanında iştirak etmək istəyən abituriyentləri əsas maraqlandıran məsələlərdən biri növbəti ilki imtahana qeydiyyat qaydasıdır.
AzEdu.az mövzu ilə bağlı DİM-ə ən çox ünvanlanan sualların cavablarını təqdim edir:
Sual: XI sinfi bitirib məzun olmuş şəxs buraxılış və blok üçün ayrı-ayrı qeydiyyatdan keçməlidirmi ?
Dövlət İmtahan Mərkəzinin rəsmi feysbuk səhifəsində ötənilki məzunları maraqlandıran bu sual konkret şəkildə cavablandırılıb:
Cavab: Bəli, həm buraxılış, həm də blok imtahanları üçün bir dəfə olmaq şərtilə ayrı-ayrılıqda qeydiyyatdan keçmək zəruridir.