“Görəcəyimiz bütün işlərdə yenilik olmalıdır. Bu, təbii ki, baş verəcək. İşlədikcə biz o nəticələri görəcəyik”.
Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının yeni vitse-prezidenti, akademik İradə Hüseynova deyib. O, təyinatı haqda danışarkən hansı yeniliklərin həyata keçiriləcəyi məsələsinə də aydınlıq gətirib:
“İşlədikcə görəcəyik. İki gündür vitse-prezident seçilmişəm. Birdən-birə böyük yeniliklərdən danışa bilmərəm. Bizim istiqamətimiz molekulyar biologiyadır. Bu, Azərbaycan üçün yeni istiqamətdir. Dünyada ən aparıcı sahə hesab olunur. Bu, XXI əsrin, elm və texnologiyaların sahəsidir. Buna görə də görəcəyimiz bütün işlər yenilik olmalıdır. Bu, təbii ki, baş verəcək. İşlədikcə biz o nəticələri görəcəyik”.