Azedu.az

Abituriyentlər iki qrupun ixtisaslarını qeyd edə bilərlər -RƏSMİ

Maraqlı

Dövlət İmtahan Mərkəzi (DİM)

10 Sentyabr 2020, 15:54
Abituriyentlər iki qrupun ixtisaslarını qeyd edə bilərlər -RƏSMİ

Bütün abituriyentlər sənəd qəbulu zamanı iki qrupun da ixtisaslarını qeyd edə bilərlər.

 

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi ilə əlaqədar baş tutan canlı yayımda deyib.

 

O bildirib ki, ikinci qrupu seçən abituriyent beşinci qrupun ixtisaslarını da seçə bilər:

 

“İxtisas seçimi ilə bağlı ardıcıllıq seçim edənlərin özünə həvalə edilir. Eləcə də əyani və qiyabi təhsil formasının seçilməsi də fərdilik prinsipidir. Odur ki, ixtisas seçimi, ardıcıllıq məsələsində hər kəs özü qərar verməlidir”.

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox