Azedu.az

VI sinif şagirdi 20 ölkədən 400 layihə arasında birinci oldu

13 İyun 2018, 12:02
VI sinif şagirdi 20 ölkədən 400 layihə arasında birinci oldu

VI sinif şagirdi Selin Alara İrlandiyada keçirilən "Coolest Projects” müsabiqəsində görmə məhdudiyyətlilər üçün düzəltdiyi robot itlə təxminən 20 ölkədən 400 layihə arasında qalib olub.  Hazırlanan robot ağıllı telefonla verilən səsli təlimatlara görə, üzərindəki sensorlar sayəsində hərəkət edir. Beləliklə, görmə məhsdudiyyətlilər inamla yollarını tapa, hava şəraiti ilə bağlı məlumatlar ala bilərlər.

AzEdu.az xəbər verir ki, Müxtəlif ölkələrdən 7-17 yaş arasında 1.000 tələbənin iştirak etdiyi, dünyada tanınan "Coolest Projects” yarışması bu il İrlandiyanın Dublin şəhərində keçirilib.

Məktəbli STEM (Elm, texnologiya, mühəndislik, riyaziyyat) sahələrinə kiçik yaşlardan maraq göstərir. Xüsusilə həyatı asanlaşdıracaq robotlar onun ən böyük istəyidir.  O, robotlara xüsusi marağının olduğunu deyib:

"Digər uşaqlar  birlikdə oynayarkən, mən leqolarla, robotlarla məşğul olmağı sevirdim. Onlar məni ovsunlayır. Videolara baxaraq, kitablar oxuyaraq özümü inkişaf etdirirəm. Massaçusets Texnologiya İnstitutunda (MIT) robot mühəndisliyi oxuyub Google, ya da NASA –da işləmək istəyirəm".

Hətta CEO mütəxəssisləri layihəni çox bəyənib və onlardan biri bunu gələcəkdə reklam çarxlarında belə gördüyünü deyib.

Qeyd edək ki, təxminən 20 ölkədən 1000-dən artıq layihənin olduğu "Coolest Projects” müsabiqəsində şagirdlər işlərini aparıcı firmaların CEO mütəxəssislərinə təqdim edirlər.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox