Azedu.az

DİM-də sentyabrın 9-u TOEFL iBT imtahanı keçirilib

Maraqlı

Dövlət İmtahan Mərkəzi (DİM)

9 Sentyabr 2020, 17:08
DİM-də sentyabrın 9-u TOEFL iBT imtahanı keçirilib

İmtahan DİM-in Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.

 

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

 

İmtahanda 12 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

 

Xatırladaq ki, hazırda Azərbaycanda pandemiya şəraitində imtahan keçirilməsinə icazə verilən yeganə TOEFL iBT Test Mərkəzi Dövlət İmtahan Mərkəzidir. 

 

Növbəti TOEFL iBT imtahanının sentyabrın 23-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz: //dim.gov.az/activities/exams/toefl/

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox