Məktəblərdə uşaqları cəzalandırmaq üçün müxtəlif metodlardan istifadə olunur.
AzEdu.az dünya ölkələrində tətbiq olunan müxtəlif cəza qaydalarını təqdim edir:
Az dost qaydası
İngiltərədə bu cəza dəcəlliyə görə tətbiq olunmur. İngilis pedaqoqlar şagirdlərin çox dostlarının olmasını onlara zərər verəcəyini düşünürlər. Bunu tam olmayan dostluğun yaxşı uşaqlıq dövrü keçirməməsinə səbəb olacağı istiqamətində açıqlayırlar;
Boyadılmış saç qadağası
Türkiyə və Tokioda tətbiq olunan cəzaya görə, uşaqların saçları təbii rəngində olmalıdır. Hətta buna görə, valideynlərdən uşaqların əvvəlki fotoşəkillərini belə isəyirlər;
Pis söz qadağası
Nyu-Yorkda kasıblıq, yoxsulluq, ya da boşanma kimi bəzi sözlərin işlədilməsi qadağandır. Bu sözlərin uşaqlara pis təsir göstərəcəyi güman edilir;
Qırmızı mürəkkəb qadağandır
Qadağalar içərisində ən elmi olanı bu metoddur. Avstraliyalı pedaqoqlar şagirdlərə qırmızı mürəkkəb istifadəni qadağan ediblər. Onlar qırmızı rəngin uşaqlara qan və şiddəti xatırlatdığını və bu vəziyyətin uşaqlara mənfi istiqamətdə təsir etdiyini düşünürlər;
Ətir qadağası
Pensilvaniyada yerləşən bir liseydə rəhbər kadrlar şagirdlərin ətir və dezodorant istifadə etməməsi lazım olduğunu hesab edirlər;
Əl qaldırma qadağası
Bir çoxumuzun qıcıq olduğu hərəkətlərdən biri hər dərsdə söz demək üçün əl qaldırmaqdır. Nottinqhamşiredəki bir məktəbin pedaqoqları dərslərdə əl qaldırılmasını qadağan ediblər. Bu qadağaya səbəb kimi də əl qaldırma sisteminin yalnız müəyyən şəxslərin dərsdə iştirak etmələrini təmin edir kimi əsaslandırıblar.
Tualetə getmə limiti
Amerikadakı pedaqoqlar bunun şagirdlərin ən böyük həmləsi olduğunu qeyd edirlər. Çikaqoda şagirdlərin bu müddətdə yalnız 3 dəfə tualetə getmə imkanı var.