Azedu.az

Nazirlər Kabineti  tədrisin təşkili ilə bağlı qərarına dəyişiklik etdi

Məktəblər

Maraqlı

9 Sentyabr 2020, 11:45
Nazirlər Kabineti  tədrisin təşkili ilə bağlı qərarına dəyişiklik etdi

“Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərar verib. 

 

AzEdu.az xəbər verir ki, qərara əsasən, “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərə n təhsil müəssisələrində tədris və təlimtərbiyə prosesinin təşkili barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

 

1.1. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin: “1.1. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində – 2020-ci il oktyabrın 1-dən;”;

 

1.2. aşağıdakı məzmunda 1.1-1-ci bənd əlavə edilsin:

 

“1.1-1. ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində – 2020-ci il sentyabrın 15-dən;”.

 

2. Bu Qərar 2020-ci il noyabrın 2-dək qüvvədədir.

ŞOK - Ekrem İmamoğlu niyə həbs edildi?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox