Azedu.az

"Şərtləri DİM müəyyənləşdirmir, ona görə də...” –Məleykə Abbaszadədən cavab  

Dövlət İmtahan Mərkəzi (DİM)

8 Sentyabr 2020, 15:37

 

 

“Müsabiqə şərtləri DİM tərəfindən müəyyənləşdirilmir. Təhsil Nazirliyi ilə birgə müzakirə edirik”.

 

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

 

O qeyd edib ki,  hüquqi cəhətdən DİM-in fəaliyyəti barədə normativ sənədlər Nazirlər Kabineti tərəfindən qəbul edilir:

 

“Hələ mart ayında təklifimizi hökumətə çatdırmışıq, bunun nəticəsində bir sıra imtahanlarda müəyyən dəyişikliklər olub. Bunlar birinci mərhələnin imtahanında 50 faiz açıq sualların ənənəvi qapalı suallarla əvəzlənməsidir. Bu elmi-nöqteyi nəzərdən olan təklif idi”.

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox