Xəbər verdiyimiz kimi Bakıdakı məşhur özəl bağçalardan birində uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktlarının açıq-aşkar əks olunduğu video-görüntü yayılıb.
Hadisəylə bağlı Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun da bağça ərazisinə gəldiyi bildirilib.
AzEdu.az bağçada baş verən hadisəylə bağlı hansı tədbirlərin görüldüyünü və görüləcəyini öyrənmək üçün Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa cəhd etsə də, qurumun İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Zöhrab Cəfərov AzEdu.az-a açıqlama verməkdən imtina edib:
“Tanımadığım şəxslərə heç bir məlumat vermirəm. Sizin nömrəni də tanımadığıma görə sizə heç bir informasiya verə bilmərəm”.
Qeyd edək ki, Hadisə Yasamal rayonunda yerləşən "Kids Studio” özəl bağçasında baş verib. Uşaqlar qarşı kobud davranan şəxsin adı isə Firuzə Tağıyevadır. Mətbuatda Firuzə Tağıyevanın işdən azad edildiyi, həmin bağçanın isə fəaliyyətini dayandırdığı öz əksini tapıb.