Azedu.az

LDU AMEA-nın daha bir institutu ilə əməkdaşlıq edəcək

Universitetlər

AMEA

21 Avqust 2020, 15:33
LDU AMEA-nın daha bir institutu ilə əməkdaşlıq edəcək

20 avqust 2020-ci il tarixində Lənkəran Dövlət Universiteti (LDU)  ilə  Azərbaycan Milli  Elmlər Akademiyasının  (AMEA)  Polimer Materialları İnstitutu arasında  elmi-texniki əməkdaşlıq haqqında onlayn  müqavilə imzalanıb.

 

AzEdu.az  xəbər verir ki, sənədlər dövriyyəsi vasitəsilə (onlayn) imzalanan müqavilədə Lənkəran bölgəsinin təbii minerallarının və aqrar-sənaye sahəsi tullantılarının polimerlərdə doldurucu kimi tətbiqinin tədqiqi, birgə magistr və doktorantların hazırlanması, əməkdaşlıqdan alınan nəticələrin nəşri və s. nəzərdə tutulur.

 

Lənkəran Dövlət Universiteti tərəfindən müqaviləni LDU-nun rektoru vəzifəsini icra edən prof. Natiq  İbrahimov, qarşı tərəfdən  PMİ-nin direktoru, AMEA-nın müxbir üzvü ,prof.  Bəxtiyar  Məmmədov  imzalayıblar.

 

Qeyd edək ki, müqavilə 2020-2027-ci illəri əhatə edəcəkdir.

 

TƏCİLİ! İran Ermənistana qoşun yeridir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox