Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 20-21-də qəbul imtahanları keçiriləcək.
AzEdu.az xəbər verir ki, avqustun 20-də keçiriləcək imtahanlarda 20100, avqustun 21-də keçiriləcək imtahanlarda isə 16884 nəfər olmaqla, ümumilikdə 36984 abituriyentin imtahanlarda iştirakı nəzərdə tutulur. Bunlardan 30980 nəfər I ixtisas qrupu, 5160 nəfər IV ixtisas qrupu üzrə qəbul imtahanının ikinci mərhələsini, 844 nəfər isə II, III və V ixtisas qrupları və 9 illik təhsil bazasında kolleclərə qəbul üçün əlavə xarici dil imtahanını verənlərdir.