Azedu.az

Almaniyada məktəbliləri daşıyan avtobus ağaca çırpılıb

Məktəblər

Maraqlı

18 Avqust 2020, 10:48
Almaniyada məktəbliləri daşıyan avtobus ağaca çırpılıb

Almaniyanın Vilnsdorf şəhərində içərisində 28 şagirdin olduğu avtobus qarşı zolağa çıxaraq ağaca çırpılıb. 

 

AzEdu.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

 

Bildirilib ki, hadisə nəticəsində 13 şagird xəsarət alıb. Üç şagird və sürücüsü xəstəxanaya yerləşdirilib. Onların həyatları üçün heç bir təhlükənin olmadığı vurğulanıb.

 

Xəsarət alanlara yanğınsöndürmə xidmətinin 50 əməkdaşı tərəfindən yerindəcə yardım göstərilib.

 

Qəza baş verən ərazidə bir neçə saat yol bağlı qalıb.

 

Hadisənin başvermə səbəbi araşdırılır.

Apa

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox