Azedu.az

Müsahibədə uğur qazanmış 258 nəfər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib

15 Avqust 2020, 12:45
Müsahibədə uğur qazanmış 258 nəfər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib

Ümumilikdə 19 dövlət orqanında 495 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il sentyabrın 17-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

AzEdu.az DİM-in avqustun 15-i saat 10:25-ə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə indiyədək 258 nəfər uğur qazanıb. Onlardan 170-i Qida Təhlükəsizliyi Agentliyində, 26-sı Təhsil Nazirliyində, 21-i Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 18-i Maliyyə Nazirliyində, 17-si Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, yerdə qalanlar isə digər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

 

Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 3712 nəfər sənəd verib. Müsahibə avqustun 20-də başa çatacaq.

 

 

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox