Azedu.az

Azərbaycanda dərslərin həftədə 2 dəfə keçirilməsi təklif olunur

Məktəblər

Kolleclər

Universitetlər

Maraqlı

Elm və Təhsil Nazirliyi

14 Avqust 2020, 13:30
Azərbaycanda dərslərin həftədə 2 dəfə keçirilməsi təklif olunur

“Əgər ümumtəhsil məktəblərində tədrisin təşkili ilə bağlı qərar verilərsə, o zaman müəyyən çərçivədə, sanitar-gigiyenik qaydalar, tələblər gözlənilməklə, müəyyən şərtlər daxilində təlim-tədris prosesi davam edə bilər”. 

 

AzEdu.az xəbər verir ki,  bunu Təhsil İnstitutunun direktor müavini, əməkdar müəllim Ənvər Abbasov deyib. Onun sözlərinə görə, təklif olunur ki, həftədə 2 gün dərs olsun: “Yəni, həftədə ardıcıl olaraq dərs keçirilməsin. Bu zaman saatlarda ixtisar olur. Xüsusən “narıncı” zonaya daxil olan rayonlarda, məsələn, I sinif üçün 6-7 saat dərs keçirilə bilər. XI sinif üçün isə 8 saat dərs keçilə bilər. “Narıncı” zonanın “sarı” zonadan fərqi var. “Sarı” zonada isə I siniflər üçün 11-12 saat dərs keçilə bilər”. (Apa.az)

Ərdoğanın çətiri altına sığınan Zelenski Ankaradan nə istəyir?
Son xəbərlərDaha çox