Ankara Universitetində Türk İşarət Dili və Eşitmə Əngəllilər fakültəsi açılıb.
AzEdu.az türk mediasına istinadən xəbər verir ki, buraya 2018-2019-cu tədris ili üçün tələbə qəbul ediləcək.
“Əngəlsiz təhsil” layihəsi çərçivəsində yaradılan və ali təhsil sistemində ilk olan Türk işarət dili və eşitmə əngəllilərin fakültəsində həmçinin, magistratura və doktorantura pilləsinə tələbə qəbul ediləcək.
Bura qəbul olunan tələbələrin təqaüd qazanma şansı da olacaq. Verilən məlumatlarda bu layihənin Türkiyədəki 3 milyona yaxın eşitmə əngəlli vətəndaşı əhatə edəcəyi bildirilir.
Belə insanların da beynəlxalq arenada təmsil olunması üçün işarət dilini düzgün tədris etməyin, istifadə dairəsini genişləndirməyin vacibliyi vurğulanıb.