AzEdu.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, hazırda ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında çalışan müəllimlər builki müsabiqədə iştirak edə bilməzlər.
Bu namizədlərə növbəti aylarda əlavə olaraq təşkil ediləcək yerdəyişmə, qarşılıqlı yerdəyişmə və ya təkrar müəllimlərin işə qəbulu müsabiqəsində (sanitar-epidemioloji vəziyyətdən asılı olaraq) iştirak etmək imkanı təqdim ediləcək.