Azedu.az

TN: İlin sonuna kimi daha 60 modul tipli məktəb istifadəyə veriləcək

Məktəblər

8 Avqust 2020, 17:29
TN: İlin sonuna kimi daha 60 modul tipli məktəb istifadəyə veriləcək

Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 2016-2019-cu illərdə ölkəmizin 45 bölgəsində ümumilikdə 293 modul tipli məktəb quraşdırılıb. 

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, 2020-ci ilin sonuna kimi daha 60  modul tipli məktəb istifadəyə veriləcək. 

 

Dövlət başçısının 8 avqust 2020-ci il tarixli  "Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında" sərəncamına əsasən, 13 rayonda daha 26 modul tipli məktəbin  quraşdırılması nəzərdə tutulub. Sərəncama əsasən Təhsil Nazirliyinə bunun üçün 7 milyon manat vəsait ayrılıb.

 

Modul tipli məktəblərin quraşdırılması ilə bölgələrdə,  xüsusilə ucqar kəndlərdə qəzalı və istismar müddəti başa çatmış məktəb problemi tamamilə həll olunacaq.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox