Azedu.az

Dövlət qulluğu üzrə yanvarın 13-də elan olunmuş müsahibə davam edir

8 Avqust 2020, 14:33
Dövlət qulluğu üzrə yanvarın 13-də elan olunmuş müsahibə davam edir

Ümumilikdə 35 dövlət orqanında 623 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 13-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

 

AzEdu.az DİM-in avqustun 8-i saat 12:20-yə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə indiyədək 92 nəfər uğur qazanıb. Onlardan 22-si Kənd Təsərrüfatı Nazirliyində, 21-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 21-i Dövlət Statistika Komitəsində, 10-u Energetika Nazirliyində, 9-u Bakı Ağır Cinayətlər Məhkəməsində, 7-si Bakı şəhəri Səbail Rayon Məhkəməsində, 2 nəfər isə Qəbələ Rayon Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib.

 

Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 2709 nəfər sənəd verib. Müsahibə oktyabrın 7-də başa çatacaq. (Azərtac)

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox