Azedu.az

İnzibati rəhbər vəzifələr üzrə test imtahanında daha çox gənclər uğur qazanıblar

6 Avqust 2020, 12:31
İnzibati rəhbər vəzifələr üzrə test imtahanında daha çox gənclər uğur qazanıblar

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin 67-si kişi, 30-u isə qadın olub.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, onların 78-i 20-39 yaş intervalında olanlardır. Bu namizədlərdən 15-i imtahanda uğur qazanıb. Daha yuxarı yaş qrupuna aid olan 19 namizəddən yalnız 1 nəfər lazımi nəticəni toplaya bilib.

 

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi tərəfindən avqustun 3-də inzibati vəzifələrin A növünə aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib.

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox