Azedu.az

Xüsusi qəbul və buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulur

Maraqlı

Buraxılış İmtahanları

3 Avqust 2020, 17:33
Xüsusi qəbul və buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulur

Avqustun 5-dən ölkənin bir sıra şəhər və rayonlarında sərtləşdirilmiş karantin rejiminin qismən aradan götürülməsi ilə Təhsil Nazirliyində müəllimlərin işə qəbul imtahanları və müxtəlif lisey və gimnaziyalarda qəbul imtahanları, Dövlət İmtahan Mərkəzi tərəfindən isə xüsusi qəbul və buraxılış imtahanlarının keçirilməsi planlaşdırılır.

 

AzEdu.az  xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 

Onun sözlərinə görə, bu, müəyyən qrafik üzrə keçiriləcək: “Əlavə olaraq təhsil müəssisələrində müvafiq gigiyena-sanitar qaydalara əməl etmək şərtilə vətəndaşların müraciətləri əsasında müvafiq arayışlar və sənədlərin verilməsinə icazə verilir”. (Apa.az)

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox