Azedu.az

Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulunun nəticələri açıqlandı

MİQ

3 Avqust 2020, 10:31
Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulunun nəticələri açıqlandı

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən namizədlərin elektron ərizələrinin yoxlanılması başa çatıb.

 

Nazirlikdən AzEdu.az-a  verilən məlumata görə, müsabiqənin növbəti mərhələsində 46 mindən çox namizəd iştirak etmək hüququ qazanıb.

 

Test imtahanının mərhələsi barədə məlumat yaxın günlərdə namizədlərin şəxsi səhifələrinə göndəriləcək. 

 

Qeyd edək ki, müsabiqəyə elektron sənəd qəbulu 16-25 iyul tarixlərində həyata keçirilib. Müsabiqədə iştirak etmək üçün 53 880 namizəd elektron qeydiyyatdan keçib, onlardan 51 227 namizəd elektron ərizəsini təsdiq edib.

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox