Azedu.az

İnzibati rəhbər vəzifələr üzrə test imtahanında iştirak etmək üçün 100-dən çox namizəd qeydiyyatdan keçdi

29 İyul 2020, 12:09
İnzibati rəhbər vəzifələr üzrə test imtahanında iştirak etmək üçün 100-dən çox namizəd qeydiyyatdan keçdi

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə avqustun 3-də keçiriləcək test imtahanına qeydiyyat davam edir.

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, bu imtahanda 15 mart 2020-ci il tarixində keçirilməsi nəzərdə tutulan, lakin pandemiyaya görə təxirə salınan test imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər də iştirak edəcəklər. İmtahanda iştirak etmək istəyən digər namizədlər üçün qeydiyyat avqustun 1-i saat 18:00-dək aparılacaq. Bu günə olan məlumata görə, 101 (AA-5, AB-23, AC-73) namizəd qeydiyyatdan keçib.

 

İmtahan kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.

 

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox