Türkiyənin Adıyaman bölgəsində bu günə qədər içərisinə girilməmiş bir mağarada yarasaların olduğunu kəşf edən üç dost buranı qorumaq istəyir.
AzEdu.az Türkiyə KİV-nə istinadən xəbər verir ki. Zəki Doğru, Mehmet Doğru və Raqib Bağcı adlı 3 dost Belden rayonunun şimal hissəsinə gedərək minlərlə yarasa yuvası aşkar ediblər.
Minlərlə yarasanın tapıldığı mağaranın yerində, axıntılar və bataqlıq dağıntıları var. Mağara ətrafında fəaliyyət göstərən mərmər ocaqlarında partladılan dinamitlər və iş maşınları olduğundan mağaranın zərər görə biləcəyi ehtimal olunur.
Buna görə də, tez bir zamanda mağaranın qorunma altına alınmasının vacibliyi vurğulanır.
Dostlar hesab edir ki, kəşf etdikləri mağara turizm baxımından olduqca böyük əhəmiyyətə malikdir.
Həmçinin yarasa gübrələrinin də enerji, kosmetik , kənd təsərrüfatı, sənayəsində istifadə oluna biləcəyi söylənilir.
Günel YAŞARQIZI