Azedu.az

Xeyli sayda müəllim daimi əsaslarla işə qəbul olundu-RƏSMİ  

MİQ

Elm və Təhsil Nazirliyi

16 İyul 2020, 14:24
Xeyli sayda müəllim daimi əsaslarla işə qəbul olundu-RƏSMİ  

 

 

“Bu il 1300 nəfərə yaxın müəllim daimi əsasla işə qəbul olunub”.

 

 

AzEdu.az xəbər verir ki, bunu  Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov nazirliyin facebook canlı yayımında deyib.

 

 

O, koronavirusun ölkəmizdə də qarşısının alınması üçün bir çox tədbirlər həyata keçirildiyini vurğulayıb:

 

 

“Mövcud vəziyyətlə əlaqədar bu il müsahibələr onlayn şəkildə həyata keçirilib. Müəllimlərin 95%-i bu müsahibədə iştirak edib. 1300 nəfərə yaxın müəllim daimi əsasla işə qəbul olundu. Müəllimlərin iş yerinin dəyişdirilməsi əvvəlki illərdə də onlayn qaydada keçirilirdi.

 

Daha sonra namizədlər yenə də Bakıya gəlməklə müraciətləri təsdiq olunurdu. Bu il prosesin son mərhələsi olan sənədlərini Bakıya gətirməmək üçün müəllimlərə şərait yaradıldı ki, bütün sənədlərini proqramla göndərsinlər. 2000-ə yaxın müəllim iş yerinin dəyişdirilməsi ilə bağlı müraciəti müsbət cavablandırılıb. 2016-2017-də bu rəqəm çox az idi, bu il isə rekord sayda oldu".

 

 

Qeyd edək ki, bu gündən MİQ-in elektron qeydiyyatı başlayıb.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox