Keniyada ibtidai və orta məktəblər 2021-ci ilin yanvar ayında açılacaq.
AzEdu.az-ın məlumatına görə, bu barədə Keniyanın Təhsil naziri Alberta Maqoxi “Twitter”də bildirib.
Onun sözlərinə görə, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması səbəbi ilə belə bir qərar qəbul edilib.
“Məktəbəqədər təhsil müəssisələri, ibtidai və orta məktəblər yanvarda açılacaq. 2020-ci ildə ibtidai və orta təhsil haqqında attestatların əldə edilməsi üçün imtahanlar keçirilməyəcək”, - deyə nazir vurğulayıb.
A.Maqoxi qeyd edib ki, bütün imtahanlar gələn il keçiriləcək.
Xatırladaq ki, Keniyada indiyədək 8 067 yoluxma halı qeydə alınıb, 164 nəfər vəfat edib. Xəstəlikdən sağalanların sayı 2 414 nəfərdir.