“MİQ-in keçirilmə vaxtı və formatı ilə bağlı nəticələr əldə edildikdən sonra ictimaiyyətə məlumat veriləcək”.
Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.
O, müəllimlərin məsələ ilə bağlı narahat olduqlarını, lakin Təhsil Nazirliyinin bu istiqamətdə tədbirlər hazırladığını deyib:
“Hazırda MİQ müsabiqəsinin keçirilmə vaxtı və formatı haqqında müzakirələr aparılır. Nəticələr əldə edildikdən sonra bununla bağlı ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, MİQ-in iyul ayında keçirilməsi nəzərdə tutulurdu. Lakin ölkədə tətbiq olunan sərt karantin rejimi ilə əlaqədar 16 rayon və şəhərdə 20 iyuladək məhdudiyyətlər qoyulub.