2020-2021-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 339 adda 7 milyon 233 min 214 nüsxə dərslik və metodik vəsaitin çap edilməsi nəzərdə tutulur.
Təhsil Nazirliyindən AzEdy.az-a verilən məlumata görə, bununla yanaşı, dövlət peşə təhsili müəssisələri üçün ümumilikdə 96 adda 185 699 nüsxə dərslik çap ediləcək.