Azedu.az

UNEC bu dəfə də birinci oldu

Universitetlər

30 İyun 2020, 10:37
UNEC bu dəfə də birinci oldu

RUR reytinq agentliyi bu il iyunun 29-da dünya universitetlərinin ixtisaslar üzrə reytinqini açıqlayıb.


Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) AzEdu.az-a bildiriblər ki, dünya universitetlərinin müxtəlif ixtisaslar üzrə daxil olduğu reytinq sıralamasında bu ali təhsil ocağı daha bir uğura imza atıb. Belə ki, Texniki elmlər ixtisası sahəsində UNEC dünya üzrə 718-ci, Azərbaycanda isə birinci yerdə qərarlaşıb. Həmçinin Təbiət elmləri ixtisası üzrə UNEC dünyada 692-ci, Azərbaycanda isə ikinci yerə yüksəlib.

 

Qeyd edək ki, RUR reytinq agentliyi 2013-cu ildə fəaliyyətə başlayıb və baş ofisi Moskva şəhərində yerləşir. Agentlik hər il dünya universitetlərinin reytinqini və ixtisaslar üzrə sıralamasını təyin edir. Dünyanın 82 ölkəsindən 1100-dən artıq universitetin fəaliyyətini 20 göstərici və 4 sahə - təhsil, tədqiqat, beynəlxalq əlaqələr və maliyyə dayanıqlığı üzrə qiymətləndirir. Agentlik universitetlərin tədqiqat fəaliyyətini “Calrivate” şirkətinin tədqiqat bazaları əsasında ölçür.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox