Azedu.az

Şagirdlərimiz beynəlxalq müsabiqənin finalında

Məktəblər

Elm və Təhsil Nazirliyi

Tələbə və şagird

25 İyun 2020, 14:54
Şagirdlərimiz beynəlxalq müsabiqənin finalında

Təhsil Nazirliyinin tabeliyindəki Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdləri Böyük Britaniyada keçirilən Beynəlxalq Gənc İnnovasiyalar müsabiqəsinə qatılaraq finalda iştirak hüququ qazanıblar.

 

Azedu.az-ın məlumatına görə, liseyin şagirdləri Ruslan Bayramov, Elvin Bilalov və Süleyman İsmayılov iyunun 24-də "British Education Association"-nın (BİEA) təşkilatçılığı ilə onlayn həyata keçirilən final  müsahibəsində iştirak ediblər.

 

2019-cu ildən Londonda keçirilən müsabiqənin builki mövzusu “Sahilləri qoruyaq” adlanır. Məktəblilərimizin sudan və qurudan plastik tullantıları təmizləmək üçün hazırladıqları qurğu xarici mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib. Müsahibəyə finalçılarla yanaşı onların elmi rəhbəri Samir Orucov da qoşulub, mühəndislik sahəsində hazırlanmış layihə yüksək səviyyədə təqdim olunub.

 

Azərbaycandan həmin yarışmaya ilk dəfə qatılan şagirdlərə uğurlar diləyirik.

 

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox