DİM tərəfindən 2 və 3 iyul 2020-ci il tarixlərində keçiriləcək buraxılış (qəbul) imtahanlarının qrafiki elan olunub.
AzEdu.az xəbər verir ki, 2 və 3 iyul tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri ilə qrafikdə tanış ola bilərsiniz
Digər şəhər və rayonlar üzrə imtahanların (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının (Naxçıvan istisna olmaqla)) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftə içi günlərində keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, 3 iyul tarixində Naxçıvanda əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi və kolleclərə qəbul imtahanı, həmçinin Heydər Əliyev adına Hərbi Liseyə qəbul imtahanı keçiriləcəkdir. Bundan əlavə, xüsusi karantin rejimindən əvvəl Naxçıvana gedərək orada qalan və yaranmış vəziyyətlə əlaqədar DİM-ə müraciət edən şəxslərin nəzərinə çatdırırıq ki, onlar üçün də imtahan 3 iyul tarixində Naxçıvanda təşkil olunacaqdır. Həmin şəxslər Bakıya dönməməli və Naxçıvanda qalmalıdırlar.
İmtahana buraxılış vərəqəsi hər imtahan gününə 5 gün qalmış Mərkəzin saytında yerləşdiriləcək.
2 və 3 iyul tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri ilə aşağıda – qrafikdə tanış ola bilərsiniz.
Tarix/İmtahan* | 02.07.2020 | 03.07.2020 |
– Əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə | ––– | Naxçıvan MR |
|
|
|
|
|
|
|
|
|
|
|
|
Azərbaycan dili (dövlət dili) imtahanı: |
|
|
Qeydlər:
- Həmişə olduğu kimi cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.
- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.