Azedu.az

ABŞ-da təqaüdlə təhsil almaq istəyənlər üçün ƏLA FÜRSƏT – Sənəd qəbulu başladı-ŞƏRTLƏR  

Universitetlər

Maraqlı

Magistratura

Xaricdə Təhsil

22 İyun 2020, 13:12
ABŞ-da təqaüdlə təhsil almaq istəyənlər üçün ƏLA FÜRSƏT – Sənəd qəbulu başladı-ŞƏRTLƏR  

ABŞ səfirliyi 2021-2022 tədris ilində ABŞ-da magistr təhsili almaq istəyənlər üçün “Fulbright” Xarici Tələbə Proqramına ərizə qəbuluna start verib.

 

AzEdu.az xəbər verir ki, dünyanın ən nüfuzlu təqaüd proqramlarından biri olan “Fulbright” universitet məzunlarına ABŞ ali təhsil müəssisələrində pulsuz magistr dərəcəsi əldə etmək imkan verir.

 

Namizədlərə olan tələblər:

 

Müraciətçilər Azərbaycan vətəndaşı olmalıdırlar, digər ölkələrin vətəndaşları bu təqaüd proqramına qeydiyyatdan keçə bilməzlər;

 

Müraciət edən şəxslər hazırda Azərbaycanda yaşamalıdırlar;

 

Öz ixtisaslarına uyğun ən azı 2 il ardıcıl tam iş təcrübələri olmalıdır.

 

Sənəd qəbulu üçün son tarix 28 iyun 2020-ci ildir.

 

Qeyd edək ki, əlavə məlumat və müraciət etmək üçün buraya daxil ola bilərsiniz.

 

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox