Türkiyədə 2019-2020 təhsil ili başa çatıb.
AzEdu.az türk mediasına istinadən xəbər verir ki, məktəblərdə ənənəvi dərsləri 23 martdan etibarən onlayn dərslər əvəz etdi. Türkiyədə 18 milyon şagird yekun qiymətlərini onlayn şəkildə görə bildi. Koronavirusa qarşı alınan tədbirlərdən biri də bu oldu. Şagirdlərə birinci smestr üzrə göstəricilərinə əsasən, illik qiymətlər yazıldı.
Türkiyənin Təhsil Naziri Ziya Səlcuq sosial media hesabından şagirdlərə müraciət etdi:
“Böyük iş bacardınız, övladlarım. Səbr etdiniz, günlərlə çölə çıxmadınız. Televizordan, komputerdən dərslərə qoşuldunuz. Minlərlə şagird tele-dərslərə qatıldı. Bugün qiymətləndirmə (karne) günüdür. Hər birinizə qiymətlər yazıldı. Hər kəsə bir daha təşəkkür”.
Qeyd edək ki, Türkiyədə dövlət məktəblərində keçilməyən dərslər 21 avqustdan, özəl məktəblərdə isə 15 avqustdan keçilməyə başlayacaq.