Azedu.az

Buraxılış və qəbul imtahanları təxirə salınacaq

18 İyun 2020, 19:35
Buraxılış və qəbul imtahanları təxirə salınacaq

“Buraxılış və qəbul imtahanları təxirə düşəcək”.


AzEdu.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.


“Ciddi karantin rejiminin tətbiq olunduğu müddətdə buraxılış və qəbul imtahanları təxirə salınacaq. Yalnız Naxçıvan Muxtar respublikası ərazisində ola bilsin ki, bu imtahanlar keçirilsin. Məsələ ilə bağlı DİM və Təhsil Nazirliyi gələn həftə məlumat verəcək”.


Qeyd edək ki, qəbul imtahanlarının iyul və avqust ayında keçirilməsi nəzərdə tutulub.

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox