Azedu.az

“Rəqəmsal bacarıqlar” layihəsi

Məktəblər

18 İyun 2020, 12:12
“Rəqəmsal bacarıqlar” layihəsi

2019-2020-ci tədris ilində  paytaxtın 75 ümumi təhsil məktəbi Təhsil Nazirliyi və Alqoritmika MMC-nin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsinə qoşulub. Layihə çərçivəsində 205 informatika müəlliminin iştirakı ilə “İnformatika müəllimlərinin metodiki biliklərinin və texniki bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda 36 akademik saatlıq ixtisasartırma təlimi keçirilib.

 

Həmçinin layihə çərçivəsində 12 ümumi təhsil məktəbində “Kod saatı” aksiyası təşkil olunub. Aksiyada Bakı və Gəncə şəhərlərindən, ümumilikdə 1 757 nəfər şagird iştirak edib.

 

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.   

 

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox