Azedu.az

Bu müəllimlərin sənədləri yeni qaydada yoxlanılacaq

Məktəblər

Diaqnostik qiymətləndirmə

MİQ

17 İyun 2020, 13:45
Bu müəllimlərin sənədləri yeni qaydada yoxlanılacaq

Ötən illərdən fərqli olaraq mövcud karantin rejimi ilə əlaqədar olaraq bu il keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində vakant yer tutmuş namizədlərin sənədləri elektron şəkildə yoxlanılacaq. 

 

AzEdu.az  xəbər verir ki, elektron yerləşdirmənin nəticələri elan edildikdən sonra namizədlər iyun ayının 24-dək video-təlimatda qeyd olunduğu şəkildə əmək kitabçasının yazılı qeydlər olan bütün səhifələrini, təhsil haqqında sənəd və ona əlavənin (hər iki üzünü) skan edərək vahid fayl şəklində pdf formatında və əvvəlki iş yeri ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarışı skan edərək pdf formatında şəxsi səhifələrində müvafiq xanalara yükləyəcəklər.

Paşinyan 3 prezidentə zəng edir, sərhədə ordu yığır
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox