Azedu.az

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 5 məktəbdə əsaslı təmir işləri aparılıb

Məktəblər

17 İyun 2020, 15:57
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 5 məktəbdə əsaslı təmir işləri aparılıb

2019-2020-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən 5 məktəbdə əsaslı təmir işləri aparılıb.

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, bundan əlavə, 2 məktəbin köhnə binasının sökülərək tikintisi, 1 məktəbin isə bütövlükdə sökülərək yenidən tikintisi tamamlanıb. Zəruri olan ərazidə 1 yeni məktəbin tikintisi tamamlanaraq istifadəyə verilib.

 

İki məktəbin bütövlükdə sökülərək yenidən tikintisi, 2 məktəbin isə köhnə korpuslarının sökülərək yenidən tikintisi davam edir. Bir məktəb üçün əlavə korpusun tikintisi aparılır. Həmçinin ehtiyac olan ərazilərdə 7 yeni məktəbin tikintisinə başlanılıb.

 

Eləcə də 109 təhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri aparılıb.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox