Azedu.az

Valideynlərə müraciət edildi: Sistemdə ləngimələr ola bilər

Bağçalar

Məktəblər

Kolleclər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Reportaj

Müsahibə

Uğur hekayələri

Araşdırma

Videolar

Seçilmişlər

Layihələrimiz

22 Fevral 2018, 08:45
Valideynlərə müraciət edildi: Sistemdə ləngimələr ola bilər

Bakı Şəhəri üzrə Təhsil İdarəsi I sinfə uşaqların qəbulu ilə bağlı valideynlərə müraciət edib.

İdarədən bildirilib ki, bu gün saat 10:00-dan Bakı şəhəri üzrə I sinfə uşaqların onlayn qeydiyyatı başlayıb.

Valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və yaxud Bakı şəhəri üzrə 52 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinin xidmətlərindən istifadə edə bilərlər:

"Hazırda paytaxtdakı ümumi təhsil məktəblərinin mövcud məktəbəhazırlıq qruplarındakı 24 000-dən çox uşağın I sinfə qeydiyyatı mektebeqebul.edu.az sistemi tərəfindən avtomatik olaraq aparıldığına və minlərlə valideyn eyni anda övladını qeydiyyatdan keçirmək istədiyinə görə I sinfə uşaqların elektron qeydiyyatı sistemində müəyyən ləngimələr müşahidə oluna bilər.

Uşaqların I sinfə elektron qeydiyyatı prosesinin Bakı şəhərində fevralın 22-dən sentyabrın 15-nə qədər olan müddətdə davam etdiyini nəzərə alaraq, qarşıda kifayət qədər müddət olduğu üçün valideynlərin narahatlıq keçirməsinə heç bir səbəb yoxdur".

 {AG}Xeberler/Anna{/AG}

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox