Azedu.az

Qabiliyyət tələb edən imtahanlar keçirilməyəcək, qəbul bu cür aparılacaq-RƏSMİ

Dövlət İmtahan Mərkəzi (DİM)

16 İyun 2020, 09:35
Qabiliyyət tələb edən imtahanlar keçirilməyəcək, qəbul bu cür aparılacaq-RƏSMİ

 

AzEdu.az DİM-ə istinadən xəbər verir ki, 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə aid xüsusi qabiliyyət tələb edən Musiqi müəllimliyi, Təsviri incəsənət müəllimliyi, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi və Məşqçilik ixtisaslarına qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyəcək, müsabiqə yalnız qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) toplanılan yekun bal əsasında aparılacaqdır.

 

Qeyd edək ki, 18 və 19 iyun tarixlərində imtahan keçiriləcək rayon və şəhərlərin siyahısı DİM-in rəsmi  saytına yerləşdirilib. Digər şəhər və rayonlar üzrə imtahanlar (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanları) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftə içi günlərində keçiriləcəkdir.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox